Müğənni Bengü 5 ildir sevgili olduğu iş adamı Selim Selimoğlu ilə ailə qurmağa hazırlaşır. Cütlük artıq toy hazırlığına başlayıb. Onlar ilk olaraq 8 milyon lirəyə villa alıb və onu öz istəklərinə uyğun təmir ediblər.
Evlilik yolunda addımlayan Bengü bu haqda "Çox gözlədim səni, sevgilim. Tənhalığın dibinə düşdüm, sevgiyə küsdüyüm anlar oldu. Çox sev, sevgilim, ölənə qədər" deyib.
Qeyd edək ki, son müsahibəsində Bengü toyunun yayda olacağını demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.