Müğənni Selena Qomez 10 aydır sevgili olduğu reper “The Weeknd”dən ayrılıb.
Bunu cütlüyə yaxın mənbə təsdiqləyib. Onun sözlərinə əsasən, ayrılığa səbəb hər iki məşhurun ağır iş qrafikidir. Buna görə son zamanlar gec-gec görüşən Selena və “The Weeknd” sonda yollarını ayırmaq qərarına gəliblər.
Qeyd edək ki, Qomez ötən gün keçmiş sevgilisi, müğənni Castin Biberlə görüntülənib. Onlar əvvəlcə Selenanın evində, daha sonra restoranda və kilsədə paparazzilərə tuş gəliblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.