Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək. Azərbaycan çempionu “Qarabağ” səfərdə Madrid “Atletiko”sunun qonağı olacaq.
Bakıda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.
Bugünkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər.
“Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var.
31 oktyabr
Çempionlar Liqası
C qrupu
23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) Baş hakim: Deniz Aytekin Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya) Madrid. “Metropolitano” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.