banner
banner

Dünya

Azərbaycan BMT Baş katibinə məktub ünvanladı

Azərbaycan BMT Baş katibinə məktub ünvanladı

BMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.

Xarici İşlər Nazirliyindən cia.az-a verilən məlumata görə, məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha ifşa edilib.


Məktub A/72/508-S/2017/836 nömrələri ilə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.