Rusiya Fövqəladə Hallar Nazirliyinin 90 maşından ibarət karvanı Ukrayna ərazisinə daxil olub.
ANS PRESS-in məlumatına görə, Rusiya tərəfi bildirir ki, onlar Luqanska 1,8 min ton "humanitar yardım" çatdırıblar.
Yardımlar əsasən ərzaq, dərman, tikinti materalı və dərsliklərdən ibarətdir.
Ukrayna tərəfi belə karvanların ölkə ərazisindəki Rusiyameylli separatçılara konkret nə gətirdiyini deyə bilmir.
Belə ki, yardımlar Ukraynanın nəzarət etmədiyi bölgələrdən ölkəyə daxil olur və bununla da Ukrayna sərhədçilərinin həmin yükləri yoxlamaq imkanı olmur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.