Whatsapp-ın yeni versiyası ilə zəng etmək mümkün olacaq.
ANS PRESS-in məlumatına görə, bu tətbiqi işlədənlər artıq kontur almaq dərdindən də xilas olacaq. Belə ki, internet vasitəsi ilə istənilən Whatsapp istifadəçisinə səsli danışıq zəngi etmək mümkün olacaq.
Bununla yanaşı, tətbiq istifadəçilər bir digər yenilik də təqdim edəcək. Bu yenilik istifadəçilərə səsli danışıq zənglərinin audio yazısını qeyd etməyə imkan verəcək.
Əslində, bəzi ölkələrdə qarşı tərəfin razılığı olmadan telefonla şəxsin səsini yazmaq qanunla qadağandır. Ancaq, ehtimal ki, Whatsapp yenilikləri edərkən bu məsələni də nəzərə alacaq.
Mütəxəssislərin fikrincə, Whatsapp-ın bu yeni xidmətləri GSM operatorları üçün böyük problemlər yarada bilər. Eyni zamanda, tətbiqin daha da fuksional hala gətirilməsi də Whatsapp-ın rəqiblərinə ağır zərbə vuracaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.