banner
banner

Sosİal

Bügünkü isti hava iqlim normasından aşağıdır - NAZİRLİK

Bügünkü isti hava iqlim normasından aşağıdır - NAZİRLİK

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ölkə ərazisində mülayim, yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 18-20 dərəcə olacağı gözlənilir.

A.Verdiyev qeyd edib ki, bu gün gündüz saatları üçün Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə isti olacağı proqnozlaşdırılır. O, bu temperaturun iqlim normasına yaxın və bir qədər aşağı olduğunu söyləyib.

Baş hidroloqun sözlərinə görə, yaxın günlərdə də havanın temperaturu yüksəldikdən sonra temperatur iqlim normasına yaxın olacaq.

A.Verdiyev hazırda müşahidə edilən və yaxın günlər üçün proqnozlaşdırılan hava şəraitinin noyabr ayı üçün xarakterik olduğunu söyləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.