banner
banner

Hərbİ

ATƏT MQ həmsədrlərinin regiona səfəri başlayıb

ATƏT MQ həmsədrlərinin regiona səfəri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. "Report" xəbər verir ki, vasitəçilər Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Bakıya gəlib.
Bu gün həmsədrlərin Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə görüşəcəyi gözlənilir. Görüşlərdə danışıqlar prosesinin gələcək gedişi və Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunacaq.
Fevralın 17-də həmsədrlər İrəvana yollanacaq.
Bakı və İrəvandan sonra vasitəçilərin Xankəndinə də səfəri gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.