“Tottenhem”in futbolçusu Son Honq Min İngiltərə Premyer Liqasının tarixinə düşüb. 11-ci turda “Kristal Pelas”la oyunda yeganə qolun müəllifi olan koreyalı futbolçu 20-ci dəfə rəqib qapılarına yol tapıb. O, bu qoldan sonra Premyer Liqanın ən məhsuldar asiyalısı olub. Son həmyerlisi Park Ji-Sunqu geridə qoyub. Park 154 oyuna 19 qol vurmuşdu. Son isə cəmi 72 qarşılaşmada bu nəticəyə nail olub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.