Bu ilin ilk 9 ayı ərzində Azərbaycana səfər edən turistlərin siyahısına yenə də Rusiya vətəndaşları liderlik edir.
Trend-in məlumatına görə, Azərbaycana səfər edənlər arasında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə turistləri tutur.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana Rusiyadan 661 349, Gürcüstandan 397 038, İrandan 301 012, Türkiyədən 222 258 nəfər xarici vətəndaş gəlib.
Yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) Azərbaycana 77 963 nəfər səyahət edib.
Siyahıda 6-cı yerdə qərarlaşan İraqdan Azərbaycana 51184, 7-ci yerdə olan Ukraynadan 44 592, 8-ci yerdə olan Səudiyyə Ərəbistanından 30 587, 9-cu yerdə olan Qazaxıstandan 27 980, 10-cu yerdə olan Birləşmiş Krallıqdan 24 253 nəfər gəlib.
Azərbaycana turistin çox gəldiyi ölkələrin sırasında Oman, Özbəkistan, Almaniya, Küveyt və s. də var
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.