Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər açıqlanacaq
Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
ANN.Az AFFA-ya istinadən xəbər verir ki, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək. Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Tədbirdə Azərbaycanı adları aşağıda göstərilmiş şəxslərdən ibarət nümayəndə heyəti təmsil edəcək:
1. Rövnəq Abdullayev - AFFA-nın prezidenti 2. Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti 3. İskəndər Cavadov - Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü 4. İqor Ponomaryov - Futbol veteranı, 1988-ci il Olimpiya çempionu 5. Muxtar Babayev - AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı 6. Elxan Məmmədov - AFFA-nın baş katibi, Baku-2020 İşçi Qrupun sədri 7. Berti Foqts - Azərbaycan milli komandasının baş məşqçisi 8. Zaur Qəhrəmanov - AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi 9. Könul Mehtiyeva - AFFA-nın Beynəlxalq Əlaqələr Departmenti, Baku-2020 sifariş komitəsinin koordinatoru 10. Əminə Heydərova - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı) 11. Nigar Cəlilli - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.