banner
banner

Sosİal

Ramil Usubov rəisi işdən qovdu

Ramil Usubov rəisi işdən qovdu

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla bağlı daha bir məqam üzə çıxıb.

CİA.Az Axar.az-a istinadən xəbər verir ki, istintaqda adı hallanmamasına baxmayaraq, əməkdaşları barədə araşdırma aparılan Abşeron Rayon Polis Şöbəsinin Mehdiabad polis bölməsinin rəisi Eldar Qazıbəyov haqqında qərar verilib.

Belə ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri il E.Qazıbəyov vəzifəsindən azad edilib. Onun xidmətə yararsız sayıldığı qeyd olunub.

Daha bir məlumat isə Abşeron PŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədovla bağlıdır. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan şikayət təsdiqini tapmadığı üçün barəsində aparılan araşdırmaya xitam verilməsinə baxmayaraq, Zülfüqar Məmmədov da şiddətli töhmət alıb.

E.Qazıbəyov axar.az-a açıqlamasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan araşdırmanın səbəbinə toxunmayıb. Yalnız MCMBİ-yə dəvət edilmədiyini və ifadəsinin alınmadığını bildirib: “Mən Baş İdarəyə dəvət olunmamışam və ifadə də verməmişəm. İşdən çıxarılmağımla bağlı sərəncama gəldikdə isə bu barədə rəhbərlikdən mənə heç nə deyilməyib”.

Qeyd edək ki, oktyabrın 10-da Abşeron PŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıldığı barədə məlumat yaymışdıq. Hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlər olduğu deyilirdi.

Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron RPŞ İctimai Təhlükəsizlik bölməsinin rəisi Z.Məmmədov barəsində şikayət təsdiqini tapmadığı üçün araşdırmaya xitam verilsə də, digər iki əməkdaşla bağlı istintaq davam etdirilir. Ötən gün nazirin sərəncamı ilə barələrində istintaq aparılan hər iki polis əməkdaşı araşdırmanın obyektivliyini təmin etmək məqsədi ilə vəzifədən çıxarılıb və sərəncama götürülüblər.

Bu gün isə əməkdaşları barədə araşdırma aparılan Mehdiabad polis bölməsinin rəisi işdən azad edilib, Abşeron RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin rəisi Z.Məmmədov isə şiddətli töhmət alıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.