Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub.
Bu, “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsidir.
Yeni qanun layihəsində Silahlı qüvvələrin maliyyə təminatı, şəxsi heyətin və komplektləşmənin həyata keçirilməsinə dair vəzifələr də əksini tapıb. Burada hər bir hökumət strukturunda olduğu kimi Silahlı qüvvələrin şəxsi heyətinin məsuliyyəti də hüquqla müəyyən edilir.
Yeni qanun layihəsi qüvvəyə mindiyi gündən “Silahlı Qüvvələr haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli qanunu ləğv ediləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.