Dinozavrların məhvinə səbəb olmuş asteroidin tərkibindəki metal vasitəsilə xərçəng hüceyrələrini izləmək və zərərsizləşdirmək olar. Cia.az "Trend"ə istinadən xəbər verir ki, Böyük Britaniya və Çin mütəxəssisləri bu qənaətə gəliblər.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, asteroidin tərkibində olan iridium kimyəvi elementi onkoloji xəstəliklərlə mübarizədə effektiv üsuldur. Bu metalın xərçəng hüceyrəsinə daxil olduqdan sonra yaranan atom oksigeni sağlam toxumalara zərər vurmadan bu hüceyrəni məhv edir.
Alimlər qeyd edir ki, iridium yer kürəsinə ilk dəfə 66 milyon il əvvəl asteroidlə birgə gəlib. Son illərdə onun tibb sahəsində tətbiqi iləı bağlı araşdırmalar aparılırdı.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.