Direktor şagirdi döyən müəllimdən danışdı - “İşdən kənarlaşdırılıb”
Sabunçu rayonundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil alan Orxan Həsənovun bədən tərbiyəsi müəllimi Elnur Cəbrayılov tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara məktəb rəhbərliyi münasibət bildirib.
Məktəbin direktoru Qurbantac Qazıbəyova “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu məktəbdə yaranmış xoşagəlməz faktdır: “Bununla bağlı istintaq tədbirləri davam etdirilir. Bədən tərbiyəsi müəllimi istintaq getdiyindən bu gün işdən kənarlaşdırılıb. Bir neçə gün əvvəl isə töhmət alıb. Mən onun işdən çıxarılmasının tərəfdarıyam. Hazırda döyülən şagirdin vəziyyəti yaxşıdır, o dərslərdə iştirak edir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.