banner
banner

Sosİal

Hava pisləşəcək

Hava pisləşəcək

Azərbaycanda sabahdan etibarən hava şəraitinin pisləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah axşamdan Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti əsasən fevralın 18-i və fevralın 19-da müşahidə olunacaq. Həmin günlərdə hava şəraitinin küləkli və yağıntılı olacağı gözlənilir. Həmin günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək.

Fevralın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşam küləyin sürəti arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti, axşam 3 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşama doğru güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 17-si günün ikinci yarısından fevralın 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi, ötən günlə müqayisədə temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.