Ukraynanın şərq vilayətində dünən də atışma səsləri eşdilib. Uqleqorsk şəhərində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında döyüşlər olub. Anti-terror əməliyyatçıları üsyançıların mövqelərini top atəşinə tutub.
Döyüşlər zamanı Kiyev qüvvələrinin mühasirəyə düşdüyü bildirilir. Məlumata görə, ukraynalı əsgərlər Debaltsevo şəhərini geri qaytarmaq üçün irimiqyaslı hücumlara hazırlaşırlar.
Ukraynada münaqişələr başlayandan indiyə kimi 5 600-dən çox insan ölüb. Birləşmiş Millətlər Təşkilatı bu barədə açıqlama verib.
Bir müddət əvvəl Belarusun paytaxtı Minksdə əldə olunan atəşkəs razılaşmasının icra olunmaması danışıqlarda iştirak edən Avropa rəsmilərini dərindən narahat edib.
Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Oland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında vəziyyətə dair telefon danışıqları olub. Merkel gərginliklə əlaqədar həyəcan təbili çalıb. Rəsmilər Debaltsevoda monitorinqə imkan yaradılması üçün çağırışlar ediblər.//ANS
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.