banner
banner

İdman

İtaliya futbolunda rəhbər dəyişikliyi

İtaliya futbolunda rəhbər dəyişikliyi

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verəcək. 
74 yaşlı funksioner qərarını sabah rəsmi şəkildə açıqlayacaq. 

Buna səbəb isə İtaliya millisinin DÇ-2018-dən kənarda qalmasıdır. Tavekkionun istefasına görə 2018-ci ildə İtaliya Futbol Federasiyasının prezidenti postuna erkən seçki olacaq. 

İddiala inansaq, Tavekkionu keçmiş hakim Pyerluici Kollina əvəzləyəcək. 

Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla (0:1) son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.