banner
banner

İdman

“Top məndən çıxmışdı” - Ruslandan etiraf

“Top məndən çıxmışdı” - Ruslandan etiraf

Topaz Premyer Liqanın XII turunda “Neftçi” ilə görüşdə “Qəbələ”nin bərabərlik qolunu vurduğu künc zərbəsi zamanı topun “ağ-qaralar"ın müdafiəçisindən deyil, Ruslan Qurbanovdan kənara çıxması müzakirələrə səbəb olub. 
“Qəbələ”nin yarımmüdafiəçisi “Facebook”da yazdığı statusla topun rəqibdən deyil, ondan çıxdığını etiraf edib:

“Biz qol vurduğumuz künc zərbəsi barədə fikrimi demək istəyirəm. Futbolçuyam və mənim öhdəliyim komandama fayda verməkdir. Bəli, top məndən çıxmışdı. Lakin bu, mənim səhvim deyil. İstəmərəm ki, hakimə də ziyan gəlsin. Çünki o səhvə yol vermişdi...

O ki qaldı penaltiyə, mən topa yaxınlaşdım və zərbə endirdim. Bu mövsüm hələ fərqlənməmişdim. Məqsədim hər oyunda qol vurmaqdır, çünki hücum xəttində çıxış edir. Mən “Neftçi”yə hörmət edirəm, çünki orada bir neçə il keçirmişəm. Mən “Forza Neftçi”nin üzvlərinə də, azarkeşlərə də hörmətlə yanaşıram. Rəhbərliyə də hörmətim var. İstəmərəm ki, kimsə haqqımda pis danışsan. Məncə, hər kəs başa düşəcək ki, bu, futboldur. Məqsədim hər oyunda qələbə qazanmaqdır”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.