banner
banner

Şou

Məşhur aktrisanı öldürənə 1,5 milyon dollar veriləcək

Məşhur aktrisanı öldürənə 1,5 milyon dollar veriləcək
Hindistanda “Padmavati” adlı filmin rejissoru Sanjay Lila Bhansali və baş rol ifaçısı, aktrisa Dipika Padukon ölümlə hədələnib.
İqtidardakı Bharatiya Janata Partiyasının Haryana ştatındakı nümayəndəsi Suraj Pal Amu onları öldürənə 1,5 milyon dollar mükafat verəcəyini bildirib.
Buna səbəb filmin ssenarisidir. Belə ki, ekran əsəri Dehlinin müsəlman sultanı Ələddin Halaci və Hindistan kraliçasından bəhs edir. Filmdə Ələddinə təslim olmaqdansa ölümü üstün tutan kraliça özünə qəsd edir.

Suraj isə iddia edir ki, rejissor filmi hazırki dövrdə sultan və kraliça arasında romantik münasibət varmış kimi təqdim edib. O, “Padmavati”nin nümayişinə icazə verməyəcəyini bildirib. 

Qeyd edək ki, D.Padukon daha çox baş rolda Şah Ruk Xanın oynadığı “Om Şanti Om” filmi ilə yadda qalıb.
 
 

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.