19-20 noyabr tarixlərində Səudiyyə Ərəbistanının Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) sayca 10-cu Baş Assambleyası, 26-cı İcraiyyə Komitəsinin İclası, eyni zamanda, İHİF-nın hər 4 ildən bir baş tutan hesabat konfransı keçirilib.
Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-nın vitse- prezidenti, Könül Nurullayeva isə ikinci dəfə İcraiyyə Komitə sinə üzv seçiliblər.
İHİF Baş Assambleyası zamanı 2013-2017-ci illəri əhatə edən hesabat çıxışlar dinlənilib, 2015-2016-cı illər üçün maliyyə məsələlərinin yükununa baxılıb, növbəti, iki il üçün qarşıda duran planlar müzakirə edilib.
V İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinin hazırlıq hesabati dinlənilib, Azərbaycanın IV Islam Həmrəyliyi oyunlarında gördüyü işlərə dair video çarx nümayiş edilib. Eyni zamanda, İcraiyyyə komitələrinə üzv seçilmələri məqsədi ilə MOK-ləri nin namizədliyinə baxılıb.
Məlumat üçün bildirək ki, Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub. Baş Idman Təşkilatının sədri , Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, IHIF-a yei seçilmiş prezident Turky bin Abdulmohsen AL-Alsheikh tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK vitse prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya IV İslam Həmrəyliyi oyunlarının təşkilindəki xidmətlərinə görə xüsusi mukafatlar təqdim olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.