Aktrisa Qvinet Peltrou rejissor Bred Felçokla ailə qurmağa hazırlaşır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 45 yaşlı aktrisa özündən bir yaş böyük sevgilisi ilə artıq nişanlanıb.
Cütlüyə yaxın mənbə onların bu yaxınlarda nikah masasına oturacağını bildirib.
Qeyd edək ki, Q.Peltrounun keçmiş əri, musiqiçi Kris Martindən 2 uşağı var. Kris də keçmiş xanımının Bredlə münasibətindən xəbərdardır və onlarn xoşbəxt olacağına inandığını deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.