ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərraba bu dəfə xanımı, müğənni Ebru Gündeşdən zərbə vurulub. Ebru Rzadan boşanmaq qərarına gəlib. Qeyd edək ki, ötən həftə iş adamının gözlənilən məhkəmə prosesi 4 dekabra təxirə salınıb. Məhkəmə prosesi üçün 27 noyabrda jüri heyəti seçiləcək. Zərraba bu yaxınlarda sui-qəsd cəhdi olduğu iddia da edilmişdi.
Xatırladaq ki, Rza bank fırıldaqçılığı və “çirkli pulların yuyulmasında” ittiham edilir
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.