Türkiyədəki Özgecan cinayəti ilə bağlı müğənni Nihad Doğanın Tvitterdə yazdıqları hələ də müzakirə edilir.
Axşam.az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənninin 5 ildir meneceri olan Yavuz Yıldırım da bu gün ondan ayrılıb:
"Nihad Doğanla 5 illlik professional iş ortaqlığımız dünəndən etibarən sona çatıb".
Daha öncə müğənnini aparıcı Acun İlicalı yeni "Survivor"da yarışanlar siyahısından, "Qalatasaray" klubu isə üzvlükdən çıxarıb.
Xatırladaq ki, N.Doğanın “Siz də qısa ətək geyinib sistemin əxlaqsızlaşdırdığı manyaklar tərəfindən təcavüzə uğrayanda qışqırmayacaqsınız” tviti narazılığa səbəb olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.