banner
banner

Sosİal

Hava necə olacaq?

Hava necə olacaq?

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, günün birinci yarısında 8-12 isti, axşam 3°-dək isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 17-si günün ikinci yarısından ayın 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və ötən günlə müqayisədə temperaturun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz isə fasilələrlə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında hər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz isə fasilələrlə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə çiskinli, axşama doğru isə havanın yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.