banner
banner

Sosİal

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA

Xınalığa 22 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi  rayonlarda arabir  güclənib.

Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda  (Şəki) 2, Qubada 1 sm təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.