Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - Səbəb intihar?
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yaxın vaxtlarda qrip əleyhinə dərmanların qadağan edilməsi barədə qərar qəbul etməyə hazırlaşır.
Trend-in məlumatına görə, nazirlik belə bir qərarın verilməsini vacib sayır. Buna səbəb isə son dövrlər qrip əleyhinə həblər atmış xəstələr, xüsusilə uşaqların davranışlarında yaranan qəribəliklərdir. Belə ki, ötən il nazirlik tərəfindən qeydə alınan 54 fakt məlumdur ki, qrip əleyhinə dərmanlar qəbul etmiş xüsusən uşaqlar və yeniyetmələr qəfil həyəcanlanb qaçmağa başlayıblar, pəncərədən tullanmağa cəhd ediblər.
Qeyd edək ki, daha öncə "Tamiflu" adlı dərmanla bağlı belə risklərin olması barədə xəbərlər yayılmışdı. Həmin dərmanın Yaponiyada uşaq və yeniyetmələrə istifadəsi məqbul sayılmır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.