Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib
Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib.
Trend-in məlumatına görə, bununla əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış işçi qrupu mütəmadi olaraq rayon ərazisində küçə adları, lövhələri, reklamları ilə bağlı monitorinqlər keçirir.
Artıq rayon ərazisində müasir dövrün standartlarına cavab verməyən, cəmiyyətimizin ictimai-siyasi həyatını, tariximizi, adət-ənənələrimizi özündə əks etdirməyən, həmçinin Sovet İttifaqı dövründə verilmiş küçə adları yeni küçə adları ilə əvəz olunub. Belə ki, Pirallahı qəsəbəsində Fioletov küçəsi Milli Qəhrəman Sergey Murtuzəliyev, Xanlar küçəsi neftçi Qurban Abbasov, Əzizbəyov küçəsi Milli Qəhrəman Yavər Əliyev, Prodolnaya küçəsi Milli Qəhrəman Mübariz İbrahimov adlarını alıblar. Çilov qəsəbəsində Caparidze küçəsi Milli Qəhrəman Rasim İbrahimov, Bünyatzadə küçəsi isə 28 May adları ilə əvəz olunublar.
Rayonda qısa müddətdə küçə adlarını bildirən yeni lövhələrin quraşdırılması nəzərdə tutulub
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.