banner
banner

Sosİal

Bulvarda böyük sürpriz

Bulvarda böyük sürpriz

“Avropa Oyunlarına qədər Dənizkənarı Bulvar ərazisi bütünlüklə Wi-Fi sistemi quraşdırılacaq. Qonaqlar və paytaxt sakinləri bulvar ərazisində 24 saat fasiləsiz sürətli internet xidmətində istifadə edə biləcəklər”. 

Bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında bildirib.

İdarə rəsmisi bildirib ki, bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılır. Onun sözlərinə görə, Bakı 2015 Avropa Oyunlarına qədər buvarda bütün əyləncə mərkəzləri, idman kompleksləri, kafe və restoranlarda POS-terminallar quraşdırılacaq.

Bundan əlavə, fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək.

“Dənizkənarı Milli Park genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq. İlkin olaraq, ən az 2 qatar gətiriləcək. Hazırda ərazidə qatar 3 marşrut üzrə - Bakı Beynəlxalq Dəniz Vağzalından “Saat qülləsi”, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından "Crystal Hall"un ətrafına qədər hərəkət edir. Hələlik marşrut ona görə dəyişdirilməyib ki, bulvarın hər iki istiqamətə genişlənən ərazisi istifadəyə verilməyib. Amma orada da işlər çox sürətlə gedir. Avropa Oyunlarına qədər, təxminən may ayında bulvarın yeni əraziləri də istifadəyə veriləcək. ”, - deyə Nazim Məcidov bildirib.

İdarə rəsmisi bildirib ki, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutu da genişləndiriləcək: "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi nəzərdə tutulur".

Nəzərdə tutulan yeniliklərdən biri də, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutunun genişləndirilməsidir. "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"-un ətrafında fırlanır. Bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, hazırda bulvarın ərazisi sahil boyu 6 km-dən artıqdır. Bulvar hər iki istiqamətdə genişləndikdən sonra isə onun uzunluğu ümumilikdə 15 km olacaq. Hazırda bulvarda tikinti işləri sürətlə aparılır. Planlaşdırılır ki, yarışlara qədər bir neçə kilometr də istifadəyə verilsin.

Nazim Məcidov bildirib ki, idman yarışlarının bir çox hissəsi Dənizkənarı Milli Parkda keçiriləcək. Bunun üçün bir çox idman mərkəzilərinin tikintisi aparılması planlaşdırılır.

“Bulvarda yeni Su İdman Sarayı tikilib. Həmin idman kompleksi Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək”, - deyə Nazim Məcidov vurğulayıb. 

Təhlükəsizlik baxımından isə bulvar ərazisi ideal yerdir: “Köhnə bulvar ərazisi tamamilə müşahidə kameraları ilə izlənir. Yeni bulvar ərazisinə də kameralar quraşdırılır. Bundan başqa, milli parkın mühafizəçilərinə xüsusi təlimlər keçirilir. Bulvar əməkdaşdaşlarına həmçinin xüsusi dil kursları da keçirilir. Demək olar ki, bütün əməkdaşlarımız ən azı bir xarici dil bilir. Əsasən ingilis, rus və Türk dilini bilirlər”.

Nazim Məcidov bildirib ki, Avropa Oyunları ərəfəsində paytaxt sakinlərinə böyük sürprizlər hazırlanır. Yaxın vaxtlarda həmin sürprizlər barədə açıqlama veriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.