banner
banner

Gündəm

Qənirə Paşayevanın kitabı Türkiyədə yayıldı

Qənirə Paşayevanın kitabı Türkiyədə yayıldı

Türkiyənin Elağız vilayətində millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxan “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi keçirilib.

Elazığ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə bir çox ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnun olduğunu deyib. Bu kitabların gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili daha sonra kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb.

Qənirə Paşayeva noyabr ayının sonuna doğru Türkiyənin daha iki vilayətində Düzcə və Samsunda da kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və iştirak edəcəyini söyləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.