banner
banner

Dünya

Putinə son xəbərdarlıq

Putinə son xəbərdarlıq

ABŞ Rusiyanı Donbasda atəşkəsin pozulmasına görə ittiham edib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin yaydığı bəyanatda qeyd edilib.

Dövlət departamenti Rusiyanı dərhal hücumları dayandırmağa çağırıb. ABŞ Minskdə əldə edilən razılıqların reallaşdırması üçün ATƏT-lə dialoqa başlamağın zəruriliyini də vurğulayıb. 

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edilir ki, Amerika Birləşmiş Ştatları Ukraynanın Şərqində vəziyyətin gərginləşməsindən narahatdır:

"Separatçılar açıq bildirdilər ki, onlar Debaltsevoda atəşin dayandırılmasına riayət etməkdən imtina edirlər. Onlar hətta ATƏT müşahidəçilərinin bu rayona girişi zamanı təhlükəsizliyinə zəmanət də vermirlər. Rusiyanın dəstəklədiyi separatçılar bu təcavüzkar hərəkətlərlə əldə olunan sülhə təhlükə yaradırlar", deyə bəyanatda qeyd edilib. 

Qeyd edək ki, Almaniya kansleri, Fransa, Rusiya, Ukrayna prezidentlərinin 12 fevral tarixində Minskdə keçirilən görüşdə atəşkəs haqqında razılıq əldə edilib. Həmin razılığa əsasən, atəşkəs fevralın 15-i saat 00:00-dan etibarən qüvvəyə minib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.