banner
banner

Şou

Almaz Ələkbərova Arzu Rzayev ilə sevgili olub?- FOTOLAR

Almaz Ələkbərova Arzu Rzayev ilə sevgili olub?-
"Hər Səhər Əkbərlə" verlişi maraqlı qonaqları və əyləncələri ilə ekranlara rəng qatmağa davam edir. Proqramın bu günki qonağı sevilən sənətçi Arzu Rzayev olub. Özü kimi adı da maraqlı olan müğənniyə ilk sual elə adı ilə bağlı olub. A.Rzayev adının həyatına bir başa təsir etdiyini deyib: "Adımı həyatımda yaşayıram. Nə arzulamışamsa, hamısına çatmışam. İstədiyimi əldə edən insanam".
Efirlərdə az-az görünən sənətçi dostlarından da bəhs edib: "Dostlarım çoxdur. Amma arada naxələflik də görürəm. Sonra düşünürəm və heç kimi qınamıram. Ola bilər iş çoxluğundan başları qarışır. Ümumiyyətlə elə insanam ki, pislik görəndə də, yaxşılıqla cavab verirəm. Çünki həyat bumeranqdır".
Həyatda onun üçün ən insani keyfiyyətlərin daha üstün olduğunu qeyd edən sənətçi, avtomobillərə marağından da bəhs edib: "Qeyri-adi avtomobillərə sahibəm. Avtomobilləri çox sevirəm. Hətta müğənni olmasaydım, avtomobil mühəndisi olardım. 1941-ci ilə məxsus "Vilis"im var. Bu avtomobil Milli Qəhrəman Həzi Aslanovla bağlı filmdə çəkilib".
Müğənni Almaz Ələsgərova ilə sevgili olduqları iddiasına hər iki tərəf açıqlama verib. Hətta Almaz Ələsgərova telefonla canlı yayına bağlanaraq bunun əsassız olduğunu bildirib: "Arzu ilə sevgili olmamışıq. Bir vaxtlar duet oxuyurduq. Söz-söhbət həmin duetdən qaynaqlandı. Biz çox möhkəm dostuq. Mahnını daha canlı etmək üçün baxışlar olub, amma bu dostluqdan başqa mərhələyə keçməyib". Arzu Rzayev isə bildirib ki, Almaz xanımın nişanlısı həmin klipdə kadr arxasında əyləşib.
Sonda sənətçinin gənclik şəkilləri göstərilib. Səsləndirilən ritmik mahnıya isə dözməyən Əkbər gözəl rəqsi ilə proqramı sonlandırıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.