Türkiyəli model Tülin Şahinin 20 il öncə çəkilmiş fotoları yayılıb. Hazırda 0 bədən ölçüsündə olan Tülinin illər əvvəl necə kök olduğu gözdən yayınmayıb. 65-70 kiloqram olan model podiumdan uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qaldıqda 27 kiloqram birdən verib.
O, bunun üçün nələrdən keçdiyini sevənləri ilə bölüşüb:
- Hər gün mütləq idman etməyə çalışın. Laqeyd yanaşmayın.
- Tərəvəz, meyvə və ağ ətə üstünlük verin. Qırmızı əti isə həftədə iki dəfə olmaqla idmandan sonra yeyin.
- Duz və şirniyyatdan istifadə edərkən ehtiyatlı olun.
- Səhər və günorta yeməyinizi zənginləşdirin, amma axşam yeməyini yüngülləşdirin.
- Əgər gündə yalnız 3 dəfə qidalanırsınızsa, tezliklə bu vərdişdən imtina edin. Çünki ara yeməklərdən də mütləq şəkildə istifadə etmək lazımdır.
- Əgər 3-5 kiloqram artıq çəkinizin olduğunu hiss edirsinizsə, o zaman nisbətən tünd rəngli geyimlər geyinməklə ideal bədən görünüşünə sahib ola bilərsiniz.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.