banner
banner

Sosİal

Nazir Hüseynqulu Bağırovun usta gedişi

Nazir Hüseynqulu Bağırovun usta gedişi

Bir neçə ay əvvəl Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla Putinin tələbə yoldaşı İlham Rəhimovun arasında Qubanın Qəçreş qəsəbəsindəki hektarlarla meşə massivi ilə bağlı qəfil «alovlanan» və «dərhal da söndürülən» olaya aid yeni xəbər var.
Mia.az xəbər verir ki, həmin vaxtı qarşı tərəf Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovu Quba rayonu Qəçrəş kəndi yaxınlığındakı 50 hektara yaxın ərazini bacısı Düriyə Bağırovanın adı ilə zəbt etməkdə və orada yaşıl soyqırımı aparmaqda ittiham edirdi. Hətta bu faktlarla bağlı videoda paylaşılmışdı. Ancaq o zaman qarşı tərəf bu ərazinin zəbt edilmədiyini, 1998-ci ildə tam qanuni olaraq Qərb Universiteti tərəfindən alındığını bildirdi.
Mia.az-a daxil olan məlumata görə, bu qalmaqaldan sonra nazir Hüseynqulu Bağırov «usta gedişi» edib. Belə ki, artıq həmin ərazinin sənədlər üzərindəki sahibi bacısı Düriyə Bağırova deyil. İddiaya görə, həmin ərazi Qərb Universitetinin adına rəsmiləşdirilib: «Həmin qalmaqaldan sonra ərazi üzrə yeni sənədləşdirmə işləri həyata keçirilib. Bununla da ərazinin rəsmi sahibi əvvəlki kimi, daha Düriyə Bağırova deyil. Artıq Qərb Universiteti həmin ərazinin qanuni sahibidir».
Məlumatda o da qeyd olunur ki, həmin ərazidə yaxın vaxtlarda Qərb Universitetinə məxsus yeni bina və qolf meydançasının tikiləcəyi gözlənilir: «Təbii ki, bunlar Qərb Universitetinin balansında olan daşınmaz əmlaklar olacaq. Yəni kimsə daha bu mülkləri konkret nə nazirin, nə də onun ailə üzvlərinin adına bağlaya biləcək...».
Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.