“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib. MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb.
Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.
Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.