banner
banner

Sosİal

Uşaqlar koksaki virusuna YOLUXUB? – Baş pediatr uzman doktora cavab verdi

Uşaqlar koksaki virusuna YOLUXUB? –

Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.

Virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur. 

Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır. 

 

Uzman doktor Altay Abdullaoğlu da xəstəlik  barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları əsasən uşaqlarda olsa da , bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: “Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

 

Səpkilərinə görə su çiçəyinə bənzəyən  bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər.

 

Amma hər  zaman qeyd etdiyim kimi bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.

 

Respublikanın baş pediatrı Nəsib Quliyev “Qafqazinfo”ya açıqlamasında valideynlər narahatlığına aydınlıq gətirib.  O da bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: “Koksaki Amerikanın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır. 

 

Bu qripə bənzər bir xəstəlikdir.  Dünyanın hər yerində də buna rast gəlinir.  Bizdə böyüklər adətən xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər.  İndi də bu xəstəliyin epidemiyası və heç bir problemi yoxdur.  Bir qədər da şayiə buraxırlar ki, bu xəstəlik çoxalıb.  Elə xəstələr olanda Elmi- Tədqiqat Pediatriya İnstitutuna gəlirlər.  İndi belə xəstələr yoxdur.  Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün  laboratoriyadan müayinədən keçilməlidir.

 

Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu  koksaki virusudur. Valideyn bunu necə deyə bilər?  Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi?  Bu  sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir.   Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.