banner
banner

Dünya

Əsədə daha bir ağır zərbə

Əsədə daha bir ağır zərbə

Suriyada BƏƏS rejiminə aid qüvvələrlə müxalif qruplar arasında güclü qarşıdurma yaşanıb.

ANS PRESS-in məlumatına görə, Hələbin şimalında müxalif Dəməşq cəbhəsinə bağlı qüvvələr Bəşər Əsəd rejiminin ələ keçirdiyi bölgədə döyüşlər keçirib. Bu barədə Şam cəbhəsinin mətbuat nümayəndəsi Salih Anadani xəbər verib. 

Xəbərdə bildirilir ki, müxalif qruplarla BƏƏS əsgərlərinin qarşıdurması zamanı Məlah bölgəsində 90, Riytan bölgəsində 60, Raşiddin kəndində 45 nəfər Bəşər Əsgər mövqeyində olan əsgər öldürülüb.

Döyüşlərdə tanklardan, toplardan və raketlərdən istifadə edildiyi bildirilir. 

Xatırladaq ki, bir müddət əvvəl isə Dəməşq cəbhəsi komandiri Əbu Ubeydə Hələbin şimalında gedən döyüşlərdə rejimin 150 əsgərinin öldürüldüyü barədə məlumat vermişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.