banner
banner

Hərbİ

Putin ordunu ələ saldı

Putin ordunu ələ saldı

Təmas xətti boyu ümumi vəziyyət bölgələrə görə dəyişsə də sakitdir, lakin Debaltsevoda mühasirəyə düşmüş Ukrayna ordusu hissələrinin problemini həll etmək lazımdır. 

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsini şərh edərkən deyib.

Macarıstan baş naziri Viktor Orbanla birgə mətbuat konfransında çıxış edən Putin Ukrayna hakimiyyətinin mühasirədə qalan qüvvələrin təslim olmasına mane olmayacağına inandığını bildirib.

Qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası qüvvələrinin isə təslim olanları evlərinə buraxacaqlarına inandığını deyib.

Ukrayna ordusunu qruplaşma, qondarma qüvvələri isə elan etdikləri respublika adı ilə çağıran Rusiya prezidenti ukraynalıların necə dünənki şaxtaçı və traktorçulara uduzduğunu başa düşmədiyini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.