banner
banner

Şou

Müğənni etiraz etdi

Müğənni etiraz etdi

Rusiya estradasının məşhur veteranı İosif Kobzon adının Aİ-nin "qara" siyahısına düşməsinə öz münasibətini qeyri adi bildirib.

ANS PRESS-in məlumatına görə, Kobzon " Tüpürüm onların sanksiyalarına"-deyib.

Rusiya televiziyasına danışan İosif Kobzon onu "qara siyahıya" salanlara "minnətdarlığını" bildirməyi də unutmayıb: "Çox məmnun və minnətdaram"- deyib.

Müğənni yalnız ondan təəssüfləndiyini bildirirb ki, qızı və nəvəsinə baş çəkə bilməyəcək.

Kobzonun qızı avstraliyalı vətəndaşda ərdədir, hazırda Britaniyada yaşayır.

"Düşmənlərim məni Donbass və Krımda çıxış etməkdə günahlandırırlar. Mən isə ora bir daha gedəcəyəm"- deyə Kobzon bildirib.

Müğənni, Donetsk və Luqanska bu ayın sonunda gedəcəyini bildirib.

Prezident Vladimir Putinin digər tərəfdarları kimi İosif Kobzon da Ukrayna hökümətinə qarşı vuruşan rusiyapərəst üsyançıları dəstəkləyir.

Bu ilk dəfə deyil ki, 77 yaşlı müğənninin adı Qərbdə tərtiblənmiş qara siyahıya salınır.

1994-cü ildən o, dəfələrlə ABŞ səfirliyinə viza üçün müraciət etsə də, onun müraciəti təmin edilməyib.

Rusiyalı müğənninin viza xahişinə rədd cavabının verilməsi siyasi motivlərlə yox, kriminal məslələrlə əlaqələndirilib.

Onun viza müraciətinə ilkin rədd cavabında Kobzonun adının "qeyri-qanuni fəaliyyətdə" hallandığı qeyd olunub.

Güman edilidiyinə görə, İosif Kobzonun Rusiya cinayətkar aləminin avtoritetlərindən sayılan Yaponçik ləqəbli Vyaçeslav Ivankovla yaxın əlaqələri olub.

Dövlət Dumasına seçildikdən sonra həm də siyasətçiyə çevrilmiş estrada ulduzunu "Rusiyanın Frank Sinatrası" adlandıranlar da var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.