Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifədən azad edilən Fazil Məmmədov bir neçə idman federasiyasının prezidenti postunu da tutur. F.Məmmədov hazırda Velosiped İdmanı Federasiyası, Güləş Federasiyası və Otüstü Hokkey Federasiyasının prezidentidir. Bəs nazir postundan uzaqlaşdırılan F.Məmmədovun rəhbərlik etdiyi federasiyalardan da kənarlaşdırılacağı gözlənilirmi? Modern.az-ın əməkdaşı bu sualla adları çəkilən federasiyalarla əlaqə saxlayıb. Hər üç qurumun cavabı üst-üstə düşüb: Fazil Məmmədovun federasiya rəhbərliyindən azad edilməsi ilə bağlı hansısa müzakirə aparılmayıb və məsələ hələ ki gündəmdə deyil.
I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Əsəd oğlu Məmmədov 1964-cü ildə Şamaxı rayonunda anadan olub.
1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.
1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib.
1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub.
1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib.
2000-ciil fevral ayının 11-də ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikasının vergilər Naziri təyin edilib.
5 dekabr 2017-ci il tarixində vergilər naziri vəzifəsindən azad edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.