banner
banner

Gündəm

Milli Məclisin komitəsi Qəbələdə konfrans keçirəcək

Milli Məclisin komitəsi Qəbələdə konfrans keçirəcək

Dekabrın 7-də Qəbələ şəhərində Milli Məclisin Regional məsələlər komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, bu sahədə bələdiyyələrin üzləşdiyi problemlər”, “Bələdiyyələrin fəaliyyətinin təşkilində informasiya-kommunikasiya texnologiyalarından istifadə və kadr təminatı”, “Bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, bələdiyyə fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması” barədə məruzələr dinləniləcək, mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

 

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov,Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi  Zahir Əlizadə və bələdiyyə sədrləri çıxış edəcək.

 

Azərbaycanda yerli özünüidarənin inkişafı sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr barədə fikirlərini bölüşəcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.