banner
banner

Gündəm

Qüds niyə mühümdür? 5 suala cavab

Qüds niyə mühümdür? 5 suala cavab

Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı tanıyacağı barədə ABŞ prezidentinin bəyanatı fələstinlilər və bır sıra dünya liderləri tərəfindən tənqidlə qarşılanıb.

BBC-ə danışan Fələstin hakimiyyətinin Britaniyadakı nümayəndəsi deyib ki, Qüdsə dair ABŞ siyasətinin dəyişməsi "iki dövlət" prinsipinə son qoyacaq və "müharibə elanı" deməkdir.

İsrail isə başqa ölkələri də Qüdsü tanımağa səsləyir.

Bəs görəsən, Qüds şəhərinə niyə bu qədər əhəmiyyət verilir? BBC Azərbaycanca ətrafında mübahisənin qızışdığı Qüdslə bağlı 5 suala cavab verməyə çalışıb.

Qüdsün statusu niyə mübahisə doğurur?

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin mərkəzi problemlərindən biridir.

1967-ci ildə Altıgünlük müharibədən sonra İsrail Şərqi Qüdsü işğal edib. 1980-ci ildə təsdiqlənən qanun isə şəhəri İsrailin "bölünməz paytaxtı" tanıyır.

Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı hesab edirlər.

İsrail parlamenti, prezident administrasiyası və rəsmi hökumət qurumları Qüdsdə yerləşir.

Lakin mübahisəli şəhərdə heç bir xarici səfirlik yoxdur.

İsrailin işğalı yerli demoqrafiyanı dəyişdirdimi?

Ağlama DivarıYəhudilər üçün müqəddəs Ağlama Divarı da Şərqi Qüdsdə yerləşir

1967-ci ildən etibarən İsrail bölgədə salınmış ən azı 10 məskənə təqribən 200 min yəhudi sakin köçürüb.

Hazırda Qüdsün 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi ərəb, 61 faizi isə yəhudidir.

Qüdsdəki yəhudi məskənləri beynəlxalq hüquq baxımından qanunsuz sayılır. Ancaq İsrail bunu qəbul etmir.

Qüdsü İsrailin paytaxtı tanıyan olubmu?

Bu günə qədər heç bir ölkə Qüdsü İsrailin paytaxtı tanımayıb.

ABŞ rəsmiləri bildirirlər ki, cənab Trump ABŞ səfirliyini dərhal Tel-Əvivdən Qüdsə keçirmək niyyətində deyil.

1993-cü ildə imzalanmış Oslo sülh müqaviləsinə görə Qüdsün yekun statusu sülh danışıqlarının gələcək mərhələlərində müzakirə olunmalıdır/

Qüdsün İsrail paytaxtı tanınması barədə bəyanat bir sıra ölkədə tənqidlə qarşılanıb.

Türkiyə İsraillə diplomatik əlaqələrini kəsəcəyini deyib.

"Qüds müsəlmanların qırmızı cizgisidir", - Recep Tayyip Erdoğan xəbərdarlığında vurğulayıb.

Fələstinlilərin Həməs qrupunun lideri İsmayıl Haniyə Qüdsün tanınmasının "təhlükəli eskalasiyaya" səbəb olacağını bildirir.

Bu fikri Al-Arabiya və Al-Jazeera kimi aparıcı media qurumlarında çıxış edən ərəb liderləri təkrarlayır.

Sosial media da ABŞ-da səslənən bəyanat hiddət və qəzəbli reaksiyalara səbəb olub.

Müqəddəs Məzar MəbədiQüdsdə yerləşən Müqəddəs Məzar Məbədinə xristianların müxtəlif məzhəbləri birgə nəzarət edir

İsrail isə başqa ölkələri də Qüdsü tanımağa səsləyib.

Qüds niyə müqəddəs şəhər sayılır?

Qüds və ya Yerusəlim duyanın ən qədim şəhərlərindəndir. O, müxtəlif dövlətlərin tərkibində olub.

1517-ci ildən 1917-ci ilədək şəhərə Osmanlı İmperiyası nəzarət edib.

Qüds müsəlman, yəhudi və xristianlar tərəfindən müqəddəs sayılan yerlərə sahibdir.

Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Buraya, İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Aqsa məsçidi də daxildir.

Eynilə burada yəhudilərin ən müqəddəs saydığı Ağlama Divarı və xristianların Müqəddəs Məzar Məbədi yerləşir (BBC)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.