İsrail tankı və hərbi aviasiyası raket hücumuna cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı mövqelərinə zərbə endirib.
Trend-in məlumatna görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
“İsrail Ordusunun tankı və aviasiyası Qəzza zolağınıda iki hərbi posta zərbə endirib", məlumatda deyilir.
İsrail hərbiçilərinin məlumatına görə, Qəzza zolağından İsrailə raket zərbəsi endirilib. Raket İsrail ərazisinə çatmayaraq Qəzza zolağındaki boş əraziyə düşüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.