banner
banner

Sosİal

Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZU
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cia.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında  arabir güclənən  şimal-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  5-9° isti, gündüz  9-13° isti, Bakıda gecə  7-9° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  gecə  75-85 %, gündüz  50-55 % olacaq.  Dekabrın 11-də axşam Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 11-də  hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  6-11° isti olacağı gözlənilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.