"Aşk laftan anlamaz" serialında "Murad" obrazını canlandıran aktyor Burak Denizə yeni təklif gəlib.
Burak Hindistan istehsalı filmdə rol alacaq. İnternetdə yayımlanacaq Bollivud filmində aktyorun tərəf müqabili sənətinə erotik filmlərlə başlayan Sanni Leone olacaq. Ekran işi Cənubi Afrikanın Kape şəhərində çəkiləcək. Türkiyədə hər bölüm üçün 20 min lirə (Təxminən 10 min AZN) alan Buraka yeni filminə görə toplam 2 milyon lirə veriləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.