banner
banner

Şou

Röya "Altın Kelebek"ə sahib oldu

Röya "Altın Kelebek"ə sahib oldu

Ötən gün 44-cü "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, Türkiyənin "Oskarı" sayılan mükafat öz sahiblərinə təqdim edilib. Bu il ilk dəfə azərbaycanlı sənətçilər Röya, Nigar Camal və Miri Yusif "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparıb. Miri Yusif konserti ilə əlaqədar gecəyə qatılmayıb. Xanım sənətçilər stilist Anar Atakişiyevlə mərasimə təşrif buyurub. Röya sarı uzun libası, Nigar Camal cəsarətli, dekolteli libası ilə diqqət çəkib. 
Səsvermə nəticəsində Röya Ayxan "Azərbaycanın ən parlaq ulduzu" seçilib. Mükafatı Röyaya Sinem Kobal təqdim edib.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.