Rusiya prezidenti Vladimir Putin bu gün Misirə işgüzar səfərə gəlib.
Rusiya prezidentinin burada həmkarı Abdel Fəttah Əs-Sisi ilə görüşəcəyi, Yaxın Şərqdə və Şimali Afrikada təhlükəsizlik məsələlərini müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, Misirə səfəri zamanı rusiyalı lider yolüstü Suriyanın Hmeymim şəhərinə də səfər edib. o, burada Rusiyanın aviabazasına baş çəkib.
Hmeymim aerodromunda Putini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiyanın Suriyadakı qoşun qruplarının komandanı Sergey Surovikin qarşılayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.