banner
banner

Dünya

Saakaşvilinin yolu yenidən baş prokurorluqdan keçəcək

Saakaşvilinin yolu yenidən baş prokurorluqdan keçəcək

Mixail Saakaşvili dekabrın 18-də Ukrayna Baş Prokurorluğuna gedəcək. Modern.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ZIK telekanalında çıxışı zamanı bildirib.

Saakaşvili qeyd edib ki, cinayətkar qruplaşmalarla əlaqəsi olması ittihamları ilə bağlı dekabrın 18-də sorğu-sual üçün baş prokurorluğa gedəcək: "Mən qanunlara riayət edəcəyəm. Lakin bu prokurorluğa heç cür hörmət göstərməyəcəyəm”.

Qeyd edək ki, dünən Kiyevin Peçer rayon Məhkəməsinin hakimi Larisa Çokol Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina edib və onu məhkəmə zalından azadlığa buraxıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.