ABŞ Əfqanıstandaki hərbçilərinin sayını artıracaq. cİA.az “RİA Novosti”yə istinadən istinadən xəbər verir ki, Əfqanıstana əlavə hərbi briqadanın 2018-ci ilin əvvəlində yerləşdirilməsi nəzərdə tutulur.
ABŞ Hərbi-Hava Qüvvələrinin briqada generalı Lans Banç bildirib ki, amerikalı hərbçilər “Taliban” silahlıları ilə mübarizədə yerli qüvvələrə yardım edəcək.
Onun sözlərinə görə, Əfqanıstanda əlavə qüvvələrin yerləşdirilməsinə dair qərar ABŞ administrasiyasının bu ölkəyə dair yeni strategiyası çərçivəsində qəbul edilib.
Qeyd edək ki, hazırda Əfqanıstanda 14 500-dək amerikalı hərbçi xidmət edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.