banner
banner

Şou

Eminin dəbdəbəli ad günü mərasimindən fotolar

Eminin dəbdəbəli ad günü mərasimindən fotolar

Müğənni-bəstəkar Emin Ağalarovun ad günü olub.

38 yaşı tamam olan Emin özəl gününü konsert proqramı ilə qeyd edib. Simfonik orkestrın müşayiəti ilə səhnəyə çıxan müğənni bunun üçün “Сrocus City Hall”u seçib. 
Gecədə Eminlə birlikdə Rusiya şou-biznesinin məşhur simaları da səhnəyə çıxıblar. Emin yeni işıq üzü görən duetlərdən ibarət albomunu təqdim edib və həmin mahnıları həmkarları ilə birlikdə səsləndirib. Atası iş adamı Araz Ağalarov səhnəyə çıxaraq oğluna arzularını səsləndirib.

Konsertdən sonra müğənni ad günü partisi təşkil edib. Gecədə sevgilisi Alyona Qavrilova da Emini tək qoymayıb.

“Həmişə deyirəm ki, dueti mənə qəlbən yaxın olan müğənnilərlə oxuyuram. Bütün bu möhtəşəm ifalar mənimlə səhnəyə çıxdı” deyə, sənətçi təəssüratlarını bölüşüb. 

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.